327
Dünya 20 noyabr — 20:41

Tbilisidə girovların hamısı azad edildi, basqınçı həbs olundu

Tbilisidə mikromaliyyə təşkilatında girov saxlanılan şəxslərin hamısı azad edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, silahlı basqınçı həbs olunub.

Nazirlikdən o da bildirilib ki, girovluqda ümumilikdə 11 nəfər olub.

**19:38

Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın edərək 9 nəfəri girov saxlayan şəxs tələblər irəli sürüb.

“Report” xəbər verir ki, o, Gürcüstan parlamentinin təcili iclasının çağırılmasını tələb edib.

Tələblərə əsasən, qanunverici orqan ölkədə azart oyunların qadağası, kredit üzrə faizlərin 7%-dək endirilməsi və medikamentlərin qiymətlərinin aşağı salınması barədə qərarlar qəbul etməlidir.

Basqınçının içkili vəziyyətdə olduğu bildirilir.

Təhlükəsizlik baxımından yaxınlıqda yerləşən mağaza və digər kommersiya obyektləri bağlanıb. Mikromaliyyə təşkilatının yerləşdiyi binanın sakinləri də təxliyə olunub.

**18:46

Tbilisidə silahlı şəxs mikromaliyyə təşkilatının binasına girərək bir neçə nəfəri girov götürüb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Onların qumbara ilə silahlandığı bildirilir. Məlumata görə, ərazi polis tərəfindən mühasirəyə alınıb.

Danışıqlardan sonra iki girov buraxılıb. Ancaq binada hələ də insanların qaldığı bildirilir. Bəzi məlumatlarda girovların 9-10 nəfər olduğu vurğulanıb.

Xəbərlər