384
Dünya 20 noyabr — 18:48

Şuşan Stepanyan istefa verdi

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan istefa ərizəsi yazaraq vəzifədən gedib.

Virtualaz.org bildirir ki, Ş. Stepanyan bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Ş. Stepanyan 2020-ci ilin mart ayında Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın əmri ilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Ş.Stepanyan Azərbaycanın Hadrut rayonunda anadan olub.

**13:47

Ermənistan müdafiə nazirinin istefasından sonra qurumun mətbuat katibi Şuşan Stepanyan da istefa verəcək.

Bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Həmçinin bildirilib ki, müdafiə naziri David Tonoyanın istefa qərarı ona məxsus deyil.

Xəbərlər