203
Dünya 26 oktyabr — 21:04

Dağıstanda Sibir xorasının yayılmasından şübhələnirlər

Dağıstanın Karabudaxkent rayonunun Kakamaxi kəndində oktyabrın 24-26-sı tarixlərində 5 Sibir xorası (qarayara) faktı qeydə alınıb.

“RİA Novosti” bu barədə Dağıstan Respublikasının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, 5 hadisədən 4-ü tibb işçilərinin evlərə baxışı zamanı aşkarlanıb. Onların hamısı təcrid edilib və hospitala yerləşdirilib.

Bununla belə, həyətlərə və evlərə baxış davam etdirilir.

Məlumata görə, respublikada sonuncu dəfə bu xəstəliyə 2019-cu ilin oktyabrında rast gəlinib. O vaxt Novolak rayonunun Novokuli kəndində 4 yoluxma faktı qeydə alınıb.

Xəbərlər