148
Dünya 25 oktyabr — 11:32

Ermənistanı bir tərəfdən də koronavirus məhv edir

Ermənistanda son sutka ərzində daha 2 314 nəfərdə koronavirus aşkarlanıb.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bununla Ermənistanda virusa yoluxanların sayı 77 837-yə yüksəlib.

Ölkədə pandemiyadan ölənlərin sayı da rekord sayda - 23 nəfər artaraq 1 180-ə çatıb. İndiyədək 50 908 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 25 412 aktiv koronavirus xəstəsi var.

Xəbərlər