210
Dünya 23 oktyabr — 11:43

Ermənistanda rekord sayda yoluxma qeydə alındı

Ermənistanda daha 2 474 nəfərdə koronavirus aşkarlanıb.

Virtualaz.org bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 73 310-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 1 145-ə çatıb.

İndiyədək 50 276 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 21 560 aktiv koronavirus xəstəsi var.

Xəbərlər