501
Dünya 21 oktyabr — 01:56

Son bir həftədə rekord sayda yoluxma qeydə alındı

Dünyada son bir həftə ərzində koronavirus infeksiyasına yoluxanların sayı 2,4 milyon nəfərdən çox artıb.

Virtualaz.org bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, bu, COVID-19 pandemiyası dövründə həftəlik qeydə alınan ən yüksək göstəricidir.

ÜST-nin məlumatına əsasən, koronavirusa yoluxma halları sürətlə artır, ölüm sayı nisbətən stabildir. Belə ki, 7 gündə 2.4 milyondan çox yeni yoluxma halı, 36 mindən çox ölüm faktı aşkarlanıb.

Ən ağır epidemioloji vəziyyət Amerika qitəsində müşahidə olunub.

Xəbərlər