174
Dünya 18 oktyabr — 23:24

Bəhreyn və İsrail rəsmi diplomatik əlaqələr qurdular

Bəhreyn və İsrail rəsmi olaraq diplomatik münasibətlər qurublar.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu Krallığın xarici işlər naziri Abdel Lətif bin Rəşad az-Zayani deyib.

"Biz İsrail ilə diplomatik münasibətlərin qurulması haqqında saziş imzalamışıq.  Biz sülh və dialoq yoluna sadiqik, Yaxın Şərqdə ədalətli və hərtərəfli sülh əldə edilməlidir. İki dövlətin - İsrail və Fələstinin birgəyaşayışına dair qərara beynəlxalq qətnamələrə və 2002 - ci ilin ərəb sülh təşəbbüsünə uyğun olaraq nail olunmalıdır", - deyə o bildirib.

Manamada müxtəlif sahələrdə, o cümlədən maliyyə, iqtisadiyyat, kənd təsərrüfatı sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında yeddi memorandum imzalanıb.

Virtualaz.org

Xəbərlər