95
Dünya 18 oktyabr — 21:48

Koronavirusa yoluxanların sayı 40 milyonu ötdü

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 40 milyon nəfəri ötüb.

Virtualaz.org bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan “Worldometers” saytı yayıb.

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 40 milyon 55 min 705 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 115 min 898 nəfərə çatıb.

Eyni zamanda, 29 milyon 951 min 723 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 8 milyon 988 min 84 xəstədən 71 min 987 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə (8 milyon 345 mindən çox) dünyada birinci yeri tutur. Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 224 min 295 nəfər.

 

Xəbərlər