221
Dünya 18 oktyabr — 11:38

Ermənistanda koronavirus: yoluxma və ölüm sayı kəskin artdı

Ermənistanda son sutka ərzində daha 1694 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 64 694 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə həm də daha 14 nəfər ölüb və bu xəstəlikdən həyatını itirənlərin sayı 1081-ə yüksəlib.

Hazırda ölkədə 15 509 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, dünən Ermənistanda 1 540 yoluxma, 11 ölüm faktı qeydə alınmışdı.

Xəbərlər