267
Dünya 18 oktyabr — 11:06

Tramp Makronu baş nazir adlandırdı

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu səhvən baş nazir adlandırıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, o, Miçiqan ştatında çıxışı zamanı Fransa liderinin vəzifəsinin adını düz deməyib.

"Mən baş nazir Makronu çox sevirəm, amma bir dəfə ondan soruşdum, vəziyyət necədir, orada razılaşma necədir?", - deyə Tramp İqlimə dair Paris razılaşması barədə danışarkən deyib.

Qeyd edək ki, hazırda Fransada baş nazir postunu Jan Kasteks tutur. Onu bu vəzifəyə Emmanuel Makron özü təyin edib. Prezident-parlament respublikası olan Fransada hökumət başçısını məhz dövlət başçısı təyin edir.

Xəbərlər