525
Dünya 1 oktyabr — 23:33

“Moskva Qarabağ münaqişəsində heç kəsi dəstəkləmir”

Rusiya Qarabağ münaqişəsinin nizamlanmasına tərəfdardır və tərəflərin heç birini digərinə qarşı dəstəkləmir.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Türkiyə birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Biz bunu bilirik. Amma bu o demək deyil ki, biz digər tərəfdəyik və Ermənistanı Azərbaycana qarşı dəstəkləyirik. Bu, belə deyil. Biz ədalətli nizamlanmanı dəstəkləyirik, atəşkəs rejimini dəstəkləyirik, hərbi əməliyyatların dayandırılmasını dəstəkləyirik. Biz istəyirik ki, hər iki dövlət bu eskalasiyanı qurtarsın", - deyə V.Nebenzya vurğulayıb.

Virtualaz.org

Xəbərlər