226
Dünya 30 sentyabr — 14:22

Kiyev Qarabağ münaqişəsi ilə bağlı: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Bu sözləri Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bu gün keçirdiyi onlayn brifinq zamanı söyləyib.

“Bu hadisələrin inkişafını hamımız yaxından izləyirik. Azərbaycanın Xarici İşlər Naziri (Ceyhun Bayramov - red.) ilə telefon danışığım olub. Mövqeyimiz çox aydındır. Müharibə hər zaman kədər, itki, dağıntıdı və səmimi qəlbdən kədərlənirik ki, hazırda Qafqazda bu hadisələr baş verir.

Ukrayna xarici siyasətinin təməl prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünə dəstək olmaqdır. Azərbaycanın bizim beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik və bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”,- XİN rəhbəri bildirib.

Xəbərlər