1490
Dünya 29 sentyabr — 02:28

Paşinyan Merkelə zəng etdi və Azərbaycandan şikayətləndi

Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilir ki, tərəflər Dağlıq Qarabağdakı son hadisələri müzakirə ediblər.

“Baş nazir Nikol Paşinyan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub. Söhbətdə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bölgədəki mövcud vəziyyəti təsvir edib. Artsaxın (Azərbaycanın Dağlıq Qarabağ bölgəsi) Azərbaycanın təcavüzünə məruz qaldığını qeyd edib və davam edən hərbi əməliyyatlardan narahatlığını bildirib. Paşinyan Merkeli Türkiyənin dağıdıcı mövqeyinə təsir göstərmək üçün hər cür səy göstərməyə çağırıb", - deyə məlumatda bildirilib.

Almaniya Kansleri, öz növbəsində, mövcud vəziyyətdən narahatlığını ifadə edərək, Qarabağ münaqişəsinin sülhdən başqa həll yolu olmadığını qeyd edib və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları bərpa etməyə ehtiyac olduğunu vurğulayıb.

Virtualaz.org

Xəbərlər