177
Dünya 26 sentyabr — 23:46

İranda dini tədbirlər ləğv olundu

İranda koronavirus pandemiyası ilə əlaqədar ənənəvi dini ziyarətlər və hər il keçirilən İmam Hüseynin ölümü ilə əlaqədar 40 mərasiminə həsr olunan yürüşlər ləğv edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani dövlət televiziyasındakı çıxışı zamanı deyib.

Ruhani bildirib ki, İraq bu il zəvvar qəbul edə bilməyəcəyi üçün ora yürüş və ya səfərlər olmayacaq.

İran Prezidenti həmçinin qeyd edib ki, ali dini lider Əli Xamenei də dini tədbirlərin evdə keçirilməli olduğu barədə birmənalı göstəriş verib.

Xatırladaq ki, İmam Hüseynin ölümü ilə əlaqədar 40 mərasiminə həsr olunmuş yürüşlər oktyabrın 8-də keçirilməli idi. Keçən il İmam Hüseynin 40-ı ilə bağlı İrandan İraqa rekord sayda - 3,5 milyon zəvvarın getdiyi bildirilmişdi.

Xəbərlər