172
Dünya 26 sentyabr — 19:16

Minskdə növbəti etiraz aksiyası

Belarusun paytaxtı Minskdə müxalifətin növbəti etiraz aksiyası keçirilib.

İcazəsiz aksiyada 400-ə yaxın insan iştirak edib. “Vesna” İnsan Hüquqları Mərkəzinin məlumatına görə, azı 37 nəfər saxlanılıb.

“Qafqazinfo” xatırladır ki, Belarusda etirazlar 9 avqustda keçirilən prezident seçkilərindən sonra başlayıb. Aksiya iştirakçıları səsvermənin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar edirlər.

Xəbərlər