109
Dünya 26 sentyabr — 19:54

Böyük Britaniya ÜST-yə daha çox maliyyə ayıracaq

Böyük Britaniya hökuməti qarşıdakı 4 il ərzində Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 340 milyon avro ayıraraq bu quruma maliyyə dəstəyini 30 faiz artıracaq.

“Reuters” xəbər verir ki, bu barədə Baş nazir Boris Conson BMT Baş Assambleyasındakı nitqində bildirib.

Bununla belə, Baş nazir dünya səhiyyəsində islahatların zəruri olduğunu da diqqətə çatdırıb: “COVID-19-a qarşı doqquz ay mübarizədən sonra beynəlxalq birlik anlayıışı nimdaş görünür. Bu minvalla artıq davam etməyin qeyri-mümkünlüyünü bilirik. Səylərimizi birləşdirib atəşimizi ümumi düşmənə qarşı çevirə bilməsək, ayrı-ayrılıqda məğlub olacağımızı da dərk edirik. Odur ki, artıq vaxt yetişib və ürəkdən inanıram ki, bəşəriyyətin sərhədləri aşaraq bu eybəcər viranələri düzəltməsi üçün BMT BA tərəfindən ilk və son həyəcan təbili çalınacaq”.

“Report” xatırladır ki, ÜST-nin ən böyük sposoru olan ABŞ korrupsiya qınaqlarına görə gələn ilin 6 iyul tarixində bu təşkilatın üzvlüyündən rəsmən çəkiləcək, buna görə də Böyük Britaniya qurumun başlıca maliyyə dayağına çevrilir.

Xəbərlər