127
Dünya 26 sentyabr — 17:31

Almaniyada ictimai nəqliyyat işçilərinin tətil gözlənilir

Sentyabrın 29-da Almaniya Federativ Respublikasında 87 min ictimai nəqliyyat işçisi tətil keçirəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, nəqliyyat işçilərinin “Verdi” həmkarlar ittifaqı bu barədə sentyabrın 26-da xəbərdarlıq edib. Həmin gün bütün ölkədə yerdəyişmələrdə ləngimələr, hətta nəqliyyat kollapsı baş verməsi labüd olacaq.

İşçilərin əmək haqlarının artırılması barədə həmkarlar ittifaqı ilə federal hökumət arasında danışıqların nəticəsiz olması tətil haqda qərar qəbul edilməsinə səbəb olub. “Verdi” gələn il ərzində işçilərin əmək haqlarının 4,8 faiz, yəni orta hesabla təqribən 150 avroya qədər artırılmasını tələb edir.

Mübahisənin üçüncü mərhələsi oktyabrın 22-23-nə təyin edilib. Bu ərəfədə tətil keçirilməsi hökumətə təzyiq vasitələrindən biri olacaq.

Xəbərlər