152
Dünya 26 sentyabr — 15:06

Livan yenidən Baş Nazirsiz qaldı

Livanın Baş Naziri Mustafa Ədib ölkə hökumətini formalaşdırmaqdan imtina etdiyini və istefa verdiyini bəyan edib.

Virtualaz.org bildirir ki, bu barədə Al-Hadathl telekanalı məlumat yayıb.

“Siyasi partiyalar mənim kabineti formalaşdırmaq naminə can atdığım həmrəyliyi pozduqlarına görə üzr istəyirəm. Onlar prosesi siyasiləşdirməkdən əl çəkmədilər”, - deyə Ədib ölkə Prezidenti Mişel Aunla görüşündən sonra bildirib.

O, eyni zamanda, Fransanın Livanda vəziyyəti sabitləşdirmək təşəbbüsünü reallaşdırmağın vacibliyini vurğulayaraq deyib: “Livanı xilas etmək üçün Makronun təşəbbüsünü reallaşdırmağı davam etdirmək lazımdır”.

Qeyd edək ki, Ədib yeni hökumət qurmalı idi və bundan sonra islahatlar aparmaq istəyirdi. Bundan əvvəl isə o, yeddi il Almaniyada səfir olmuşdu.

Hökumətin əvvəlki tərkibi avqustun 10-da istefaya gedib. Bu, əhalinin bir neçə gün davam edən etirazlarından sonra baş verdi. Vətəndaşlar küçələrə çıxdılar və Nazirlər Kabinetinin dəyişməsini tələb etdilər, çünki onlar Beyrut limanında partlayış, yığılmış sosial və iqtisadi problemlər səbəbindən hökuməti səriştəsiz hesab edirdilər.

Yeri gəlmişkən, Beyrut limanında partlayış avqustun 4-də baş verib, uzun müddət anbarda saxlanılan 2750 ton ammonyak selitrası partladılıb. 180 nəfər həlak olub, minlərlə insan yaralanıb, minlərlə yaşayış evi dağılıb.

 

Xəbərlər