90
Dünya 26 sentyabr — 13:34

Rusiyada koronavirusdan daha 169 nəfər öldü

Rusiyada son sutka ərzində daha 7 523 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 1 143 571-ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 792  nəfər.

Son bir gündə virusdan həm də 169 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 20 min 225 nəfər olub.

İndiyədək 940 min 150 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Hindistan və Braziliyadan  sonra dünyada dördüncü yerdədir.

Xəbərlər