168
Dünya 26 sentyabr — 13:01

Zelenski Xarkovda 25 nəfərin öldüyü qəza yerinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski dünən hərbi təyyarənin qəzaya uğradığı Xarkov bölgəsinə gəlib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Zelenskinin olduğu təyyarə Çuquyevdəki hərbi aerodromda eniş edib.

Hazırda Ukraynanın Müdafiə naziri Andrey Taran və Daxili İşlər naziri Arsen Avakov da hadisə yerindədirlər.

Qeyd edək ki, ötən gün Xarkov vilayəti yaxınlığında AN-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

Son məlumata görə, onlardan biri də həyatını itirib.

 

Xəbərlər