105
Dünya 26 sentyabr — 12:32

Ermənistanda koronavirusa yoluxanların sayı 49 mini ötdü

Ermənistanda son sutka ərzində daha 429 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 49 072-yə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 1 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 948 nəfər olub.

İndiyədək 43 min 576 xəstə sağalıb.

Hazırda Ermənistanda 4 253 aktiv koronavirus xəstəsi var.

Xəbərlər