119
Dünya 26 sentyabr — 11:44

Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son sutka ərzində daha 296 nəfər koronavirusa yoluxub və ölkə üzrə ümumi yoluxma sayı 4960-a çatıb.

Virtualaz.org bildirir ki, məlumatı Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytı yayıb.

İndiyədək 1819 pasiyent sağalıb, 27 nəfər dünyasını dəyişib. Hazırda karantində 5584, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Bu səbəbdən ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Xəbərlər