664
Dünya 26 sentyabr — 01:26

Zelenski qəza yerinə gedəcək

Ukrayna Prezidenti Vladimir Zelenski sabah Xarkov vilayətinə təyyarə qəzasının baş verdiyi yerə gedəcək.

Bu barədə o, Teleqram-kanalında yazıb.

“Təcili surətdə faciənin səbəbi və bütün detallarını öyrənmək üçün komissiya yaradırıq. Bununla bağlı Baş Nazirə müvafiq tapşırıq verdim. Hadisə yerində artıq axtarış qrupu işləyir. Sabah Xarkovda olacam”.

Qeyd edək ki, göyərtəsində kursantların olduğu AN-26 hərbi təyyarəsi Çuquyev rayonu yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 22 nəfər ölüb.

Virtualaz.org

Xəbərlər