550
Dünya 25 sentyabr — 00:57

Moskva sərt karantinə qayıdır

Moskva rəhbərliyi oktyabrın 1-dən etibarən 65 yaşdan yuxarı sakinlər üçün karantin rejimi tətbiq edəcək.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Oktyabrın 1-dən yaşı 65-dən yuxarı olan şəxslərin işə çıxmamaları, ictimai nəqliyyatdan istifadə etməmələri və qadağan olunan yerlərdə gəzməmələri tövsiyə olunur”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Moskva meri Sergey Sobyanin “Yandeks”, “Rostex” və “Sberbank”a məsafəli iş rejiminə keçmələri ilə bağlı məktub ünvanlayıb.

Xəbərlər