331
Dünya 25 sentyabr — 00:00

Türkiyədə tunel çökdü: işçilər dağıntılar altında qaldı

Türkiyədə Kop dağının altından keçən tuneldə aparılan inşaat işləri zamanı bədbəxt hadisə baş verib.

Virtualaz.org bildirir ki, tuneldə çökmə baş verib. Nəticədə işçilər dağıntılar altında qalıb.

Onların xilas olunması üçün Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) briqadaları işə başlayıb.

Dağıntılar altından 11 nəfər çıxarılıb. Onların yaralı olduğu deyilir.

İlkin məlumatlara görə, çökməyə qazıntı ərazisindən çıxan qaz səbəb olub.

Xəbərlər