169
Dünya 24 sentyabr — 18:04

Helsinki aeroportunda koronavirus itlərin vasitəsi ilə yoxlanacaq

Helsinki aeroportunda xüsusi itlər dəstəsi fəaliyyətə başlayıb, onlar qoxularına görə koronaviruslu sərnişinləri axtaracaq.

AzərTAc xəbər verir ki, bu barədə aeroportu idarə edən kompaniya məlumat yayıb.

Sərnişinlərdən əllərini salfetlə silərək onları xüsusi qablara atmaq xahiş olunur. Sonra həmin salfetlər itlərə iylədilir. Bütün proses təxminən bir dəqiqə vaxt aparır. Test nəticələri müsbət çıxan sərnişinlər növbəti təlimatları almaq üçün informasiya-tibb məntəqəsinə yönəldilir.

İtlərin iştirakı ilə keçirilən eksperimentin dörd ay davam edəcəyi bildirilir.

Xəbərlər