112
Dünya 24 sentyabr — 16:56

İranda koronavirusdan ölənlərin sayı 25 mini keçdi

İranda son sutka ərzində koronavirusdan daha 175 nəfər dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari məlumat yayıb.

Onun sözlərinə görə, bununla ölkədə pandemiya qurbanlarının sayı 25 min 015 nəfərə çatıb. Virusa yoluxma sayı isə son sutkada 3 521 nəfər artaraq 436 min 319-a yüksəlib.

İranda indiyədək 367 min 829 pasiyent sağalıb, 3 957  xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Xəbərlər