93
Dünya 22 sentyabr — 17:49

İranda koronavirus daha 178 nəfərin həyatına son qoydu

İranda son sutka ərzində koronavirusdan daha 178 nəfər dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari məlumat yayıb.

Onun sözlərinə görə, bununla ölkədə pandemiya qurbanlarının sayı 24 min 656 nəfərə çatıb. Virusa yoluxma sayı isə son sutkada 3 712 nəfər artaraq 429 min 193 -ə yüksəlib.

İranda indiyədək 363 min 737 pasiyent sağalıb, 3 922 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəbərlər