127
Dünya 21 sentyabr — 13:48

Belarusdakı son aksiyalarda 442 etirazçı saxlanılıb

Belarusda müxalifətin bazar günü keçirdiyi icazəsiz mitinqlər zamanı 442 nəfər saxlanılıb. Onlardan 266 nəfəri paytaxt Minskdəndir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, inzibati xətalar haqqında işə məhkəmələrdə baxılmazdan əvvəl 330 nəfər müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, bazar günü Minskdə və ölkənin digər şəhərlərində icazəsiz etiraz aksiyaları təşkil edilib. Mitinqlərə 20 mindən çox etirazçı qatılıb.

Xəbərlər