172
Dünya 21 sentyabr — 13:16

İran XİN başçısı Moskvaya gedir

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 24-də Rusiyaya səfər edəcək.

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyi İkinci departamentinin direktoru Zamir Kabulov məlumat verib.

Onun sözlərinə görə, iranlı nazirin Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılıb.

Görüşdə tərəflər Suriyadakı vəziyyəti, regional və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər.

Xəbərlər