90
Dünya 21 sentyabr — 11:58

Rusiyada koronavirus daha 71 nəfərin həyatına son qoydu

Rusiyada son sutka ərzində daha 6 196 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 1 109 595-ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 915 nəfər.

Son bir gündə virusdan həm də 71 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 19 min 489 nəfər olub.

İndiyədək 911 min 973 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Hindistan və Braziliyadan  sonra dünyada dördüncü yerdədir.

Xəbərlər