93
Dünya 20 sentyabr — 22:14

Türkiyədə pandemiya qurbanlarının sayı 7 500-ü ötdü

Son sutka ərzində Türkiyədə daha 1 519 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 302 867 nəfərə yüksəlib.

Virtualaz.org bildirir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazir qeyd edib ki, bu gün həm də koronavirusdan daha 61 nəfər ölüb. Beləliklə, Türkiyədə pandemiya qurbanlarının sayı 7 506 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, bu gün 1 116 pasiyent koronavirusdan sağalıb və indiyə olan məlumata görə, təhlükəli infeksiyadan sağalanların ümumi sayı 266 117 nəfər təşkil edir.

Hazırda ölkədə 1 456 nəfər ağır koronavirus xəstəsi var.

Xəbərlər