99
Dünya 20 sentyabr — 19:57

İranda koronavirus daha 183 nəfərin həyatına son qoydu

İranda son sutka ərzində daha 183 nəfər koronavirusdan dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari məlumat yayıb.

Onun sözlərinə görə, bununla ölkədə pandemiya qurbanlarının sayı 24 min 301 nəfərə çatıb. Virusa yoluxma sayı isə son sutkada 3 097 nəfər artaraq 422 min 140-a yüksəlib.

İranda indiyədək 359 min 570 pasiyent sağalıb, 3 898 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəbərlər