113
Dünya 20 sentyabr — 14:13

İŞİD rəhbərlərindən biri İraqda yaxalandı

İraqın təhlükəsizlik orqanlarının əməkdaşları ölkədə planlaşdırılan terror aktlarının qarşısını alıblar və paytaxt Bağdadda İŞİD terror qruplaşmasının rəhbərlərindən birini yaxalayıblar.

“Report” bildirir ki, bu barədə İraqın təhlükəsizlik orqanları xəbər yayıblar.

Qeyd edilir ki, Milli Təhlükəsizlik İdarəsinin Bağdad bölməsinin əməkdaşları pusqu təşkil edərək, İŞİD-in İraq üzrə başçılarından birini saxlayıblar. O, ölkədə terror aktları hazırlayırmış.

Xəbərlər