117
Dünya 20 sentyabr — 13:27

Türkiyədə 23 hərbçi karantinə alındı

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası riskinə görə, 23 hərbçi karantinə alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Afyonkarahisardakı hərbi komissarlıqda xidmət edən hərbçilərdən ikisində koronavirus infeksiyası aşkar edilib. Onların təmasda olduqları digər 23 hərbçinin xidməti dayandırılıb.

Hərbçilərin “Tınaztepe” tələbə yataqxanasına yerləşdirildikləri bildirilir.

Xəbərlər