187
Dünya 20 sentyabr — 12:17

Gürcüstan və Ermənistanda koronavirus

Gürcüstanda son sutka ərzində daha 196 nəfər koronavirusa yoluxub və ölkə üzrə ümumi yoluxma sayı 3502-yə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytı məlumat yayıb.

İndiyədək 1494 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 5014, stasionar nəzarətdə 836 nəfər saxlanılır.

Ermənistanda isə son sutka ərzində daha 277 nəfərdə koronavirus aşkarlanıb və ölkədəinfeksiyaya yoluxanların ümumi sayı 47 431 nəfərə çatıb.

Son sutkada həm də 2 xəstə həyatını itirib, bununla virusa yoluxma nəticəsində ölənlərin sayı 930-a yüksəlib.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Son günlər yoluxma sayı Ermənistanda da artır.

Xəbərlər