141
Dünya 20 sentyabr — 15:11

Koronavirusa yoluxanların sayı 31 milyonu ötdü

"Worldometers" portalının son məlumatına görə, dünya ölkələri üzrə virusa yoluxma sayı 31 milyon 21 min 718, pandemiya qurbanlarının sayı 962 min 23 nəfərə çatıb.

Bildirilir ki, indiyədək 22 milyon 621 min 349 nəfər xəstəlikdən sağalıb. Hazırda müalicəsi davam edən 62 minə yaxın pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

**11:04

Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı hər gün artmaqda davam edir.

Virtualaz.org pandemiyanın hesabatını aparan "Worldometers" portalına istinadən bildirir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 30 991 301, pandemiya qurbanlarının sayı 961 461 nəfərə çatıb.

İndiyədək 22 587 826 nəfər xəstəlikdən sağalıb. Hazırda müalicəsi davam edən 62 minə yaxın pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada birinci yerdədir. Bu göstəriciyə görə sonrakı yerləri Hindistan, Braziliya, Rusiya və Peru tutur.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir.

Xəbərlər