204
Dünya 20 sentyabr — 10:16

Trampı zəhərləmək istədilər

ABŞ Prezidenti Donald Trampı zəhərləməyə cəhd ediblər.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilib ki, Ağ Evə Trampın adına içərisində zəhərli risin maddəsi olan paket göndərilib.

Paket Ağ Evin təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb. İki dəfə test edildikdən sonra zəhərin mövcudluğu təsdiq edilib. Faktla bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosu araşdırmalara başlayıb.

Qeyd edək ki, Ağ Evə göndərilən bütün paketlər saraydan kənarda yoxlanılır, sonra içəri daxil edilir.

Xəbərlər