122
Dünya 19 sentyabr — 17:00

Tramp Rusiyanı məlumat oğurluğunda günahlandırdı

ABŞ Prezidenti Donald Tramp Rusiyanın öz hipersəs silahını ABŞ-dan məlumatları oğurlayaraq yaratdığını deyib. Onun sözlərinə görə, bu hadisə Barak Obamanın rəhbərlik etdiyi dövrdə baş verib.

ABŞ lideri qeyd edib ki, indi onların daha güclü raketi var.

O, həmin raketi “ən güclü silah” adlandırıb:

“Bu həqiqətdir. Bizim o qədər müasir silahlarımız var ki, Çin, Rusiya başçıları və başqaları bizə həsəd aparırlar”.

“Onlar həmin silahların tam nədən ibarət olduğunu anlamasalar da, bunun daha əvvəl eşitmədikləri bir şey olduğunu bilirlər”, - deyə o yekunlaşdırıb.

Virtualaz.org

Xəbərlər