93
Dünya 17 sentyabr — 10:07

Dünyada koronavirusa yoluxanların sayı

Dünyada koronavirusa yoluxan 945 099 nəfər sağalıb, 945 099 nəfər isə virusdan ölüb.

İndiyədək 30 038 634 nəfərə COVID-19 diaqnozu qoyulub.

Beləliklə, son 1 ayda dünyada daha 8 milyon nəfərin koronavirusa yoluxduğu müşahidə olunub.

Ən çox yoluxma halları ABŞ (6 828 301), Hindistan (5 118 253) və Braziliyada (4 421 686) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Virtualaz.org

Xəbərlər