88
Dünya 17 sentyabr — 00:18

Türkiyədə koronavirus daha 63 nəfərin ölümünə səbəb oldu

Türkiyədə son sutka ərzində daha 63 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazirin sözlərinə görə, 1771 yeni yoluxma faktı qeydə alınıb. Bununla da pandemiya qurbanlarının sayı 7249, virusa yoluxanların sayı isə 296 391 nəfərə çatıb.

Türkiyədə, 1342-si son sutkada olmaqla, indiyədək 262 602 pasiyent sağalaraq evə buraxılıb.

Xəbərlər