113
Dünya 16 sentyabr — 14:55

Rusiyada koronavirusdan daha 132 nəfər öldü

Rusiyada son sutka ərzində daha 5 670 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 1 079 519-a çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 750 nəfər.

Son bir gündə virusdan həm də 132 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 18 917 nəfər olub.

İndiyədək 890 min 114 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Hindistan və Braziliyadan  sonra dünyada dördüncü yerdədir.

Xəbərlər