108
Dünya 15 sentyabr — 18:47

Argentinada korrupsiya və karantin rejimi əleyhinə kütləvi etiraz aksiyası keçirildi

Argentinanın paytaxtı Buenos-Ayresdə hökumət əleyhinə kütləvi etiraz aksiyası keçirilib.

“Euronews” xəbər verir ki, minlərlə insan korrupsiyaya, hökumətin daxili siyasətinə və sərt karantin tədbirlərinə etirazlarını bildiriblər.

Qeyd edək ki, Argentinada sentyabrın 20-dək sərt karantin rejimi tətbiq olunub.

Son rəqəmlərə əsasən, Argentinada 565 446 şəxsin COVID-19-a yoluxduğu təsdiq edilib.

11 667 xəstə pandemiyanın qurbanı olub.

Xəbərlər