201
Dünya 15 avqust — 20:24

Yunanıstanda plastik emalı zavodunda yanğın

Yunanıstanda plastik emalı zavodunun binasında güclü yanğın baş verib.

Bu barədə ölkənin yanğın xidməti bildirib.

Məlumata əsasən, hadisə Afina şəhərinin Metamorfosi rayonunda qeydə alınıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Yanğın 14 yanğınsöndürən maşındakı 49 yanğınsöndürən, habelə könüllülər tərəfindən söndürülür və 2 ədəd helikopter havadan alovlanan yerə su tökür.

Xəbərlər