406
Dünya 15 avqust — 11:52

Tramp xəstəxanadakı qardaşına baş çəkdi

ABŞ Prezidenti Donald Tramp xəstəxanaya yerləşdirilən kiçik qardaşı Robertin səhhəti barədə danışıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Tramp keçirdiyi brifinqdə qardaşının çətin anlar yaşadığını deyib.

“Mənim çox yaxşı qardaşım var, bizim uzun müddətdir - ilk gündən etibarən çox yaxşı münasibətimiz olub. İndi xəstəxanadadır. Ümid edirəm ki, qaydasında olacaq. Ancaq hazırda o, çətin anlar yaşayır", - deyə Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidentinin kiçik qardaşı, 72 yaşlı Robert Tramp Nyu-Yorkda xəstəxanaya yerləşdirilib. Vəziyyəti barədə təfərrüatlar açıqlanmayıb. Bəzi mənbələr onun "ağır xəstə" olduğunu qeyd ediblər. Elə Prezident özü də qardaşının “çox xəstə” olduğunu bildirsə də, xəstəliyinin nədən ibarət olduğunu açıqlamayıb.

Xəbərlər