281
Dünya 15 avqust — 01:40

Minsk saxlanılan 32 rusiyalını Moskvaya təhvil verib

Bir müddət əvvəl Belarusda saxlanılan 32 rusiyalı Rusiyaya qayıdıb.

Bu barədə Rusiya Baş Prokurorluğunun saytında məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslərdən birinin Rusiya ilə yanaşı, Belarus vətəndaşlığı da olub və o, respublikada qalıb.

Baş Prokurorluq vurğulayıb ki, qayıdış proseduru beynəlxalq hüquqa və iki ölkənin qanunlarına uyğun olub.

“Rusiyanın səlahiyyətli orqanları bu vətəndaşların ətrafında yaranmış vəziyyəti araşdırmağa davam edəcəklər”, - Baş Prokurorluqdan bildiriblər.

Virtualaz.org

Xəbərlər