354
Dünya 14 avqust — 19:00

Rusiyada kişi arvadını doğradı

Rusiyanın Moskva şəhər sakini həyat yoldaşını öldürərək, meyitini doğrayıb və torbalara yığıb.

Bu barədə Rusiya İstintaq İdarəsinin Moskva Baş Ofisinin açıqlamasında deyilir.

Bildirilir ki, paytaxt sakinləri qonşudan üfunətli iy gəldiyi barədə polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər mənzildən içində insan cəsədinin hissələri olan torbalar tapıblar. Həmin şəxs törətdiyi əməli etiraf edib.

İlkin ehtimala görə, cinayət 7-11 avqustda törədilib. Ər mübahisə zəminində arvadının sinəsinə bıçaqla zərbə endirərək öldürüb.

Virtualaz.org

Xəbərlər