365
Dünya 14 avqust — 18:06

Britaniya daha 90 milyon doza həcmində koronavirus peyvəndi sifariş verdi

Böyük Britaniya hökuməti ABŞ-ın “Johnson & Johnson” və “Novavax” şirkətləri ilə müqavilə imzalayıb. ABŞ şirkətləri Böyük Britaniyaya 90 milyon doza həcmində COVID-19 peyvəndi ixrac edəcək.

“Sky News” xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin vaksin üzrə işçi qrupunun rəhbəri Keyt Bingem məlumat verib.

Bundan əvvəl isə Böyük Britaniya Fransanın əczaçılıq korporasiyası “Sanofi” və İngiltərənin “GlaxoSmithKline” şirkətindən 60 milyon doza həcmində koronavirus peyvəndi sifariş edib.

Xəbərlər