347
Dünya 14 avqust — 17:32

Türkiyə BƏƏ-dəki səfirini geri çağıra bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşmasını nəzərdə tutan razılaşmaya münasibət bildirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə lideri bir daha Fələstin xalqının yanında olduqlarını bəyan edib.

Ərdoğan deyib ki, Türkiyənin BƏƏ-dəki səfirini geri çağıra bilər: “Xaric İşlər naziri Mövlud Çavuşoğluna bu gün göstəriş verdim. Əbu-Dabi rəhbərliyi ilə diplomatik əlaqələrin dayandırılması üçün bir addım kimi biz də səfirimizi geri çağıra bilərik. Çünki biz Fələstin xalqının yanındayıq”.

Qeyd edək ki, daha əvvəl Fələstin də BƏƏ-dən səfirini geri çağırıb.

Xatırladaq ki, ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və İsrail arasında münasibətlərin normallaşmasına dair razılaşma əldə olunub.

Xəbərlər