135
Dünya 14 avqust — 15:38

İranda koronavirusdan daha 169 nəfər öldü

Son 24 saat ərzində İranda daha 2 501 nəfərin virusa yoluxduğu aşkar edilib, 169 nəfər həyatını itirib.

Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunur ki, bununla da ümumilikdə yoluxanların sayı 338 min 825 nəfərə, ölənlərin sayı isə 19 min 331-ə çatıb.

İndiyədək müalicə alan 293 min 811 nəfər sağalıb.

Hazırda müalicə alan 3 956 pasiyentin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbərlər